Eyni zamanda məlumdur ki, Tramp İran məsələləri üzrə xüsusi nümayəndə təyin etməyə hazırlaşır. Bu vəzifəyə namizəd kimi Trampın etibarlı adamlarından hesab edilən milli kəşfiyyatın keçmiş rəhbəri Riçard Qrenel nəzərdən keçirilir. Bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, Tramp İran məsələsində siyasəti ilə bağlı hələ də qərarsızdır və hazırda onun komandası bunun üzərində fəal işləyir.
Ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İran xalqı üçün indiki rejimdən qurtuluş anı göründüyündən daha yaxındır. Həm Trampın müharibəni “istisna etməmək” barədə bəyanatı, həm də Netanyahunun bəyanatı bəlkə də Tehrana psixoloji hücumun tərkib hissəsi hesab edilməlidir. Praktiki baxımdan Trampın və hətta İsrailin İranla müharibədə praktiki marağı yoxdur. Bununla belə, Tramp administrasiyasının İranla bağlı hansı siyasəti həyata keçirəcəyi region üçün çox önəmli olacaq.
Əlbəttə, bu siyasətin sakit olması regionun maraqlarından irəli gəlir. Trampın İran məsələsi üzrə xüsusi nümayəndənin namizədliyini nəzərdən keçirməsi onun buna baxmayaraq, siyasi proseslərə meylli olduğunu göstərir. Üstəlik, bu prosesin böyük ehtimalla daha geniş əhatə dairəsi olacaq, çünki İran məsələsi özlüyündə bəlkə də mövcud deyil. Xüsusilə, bu məsələ ABŞ-Rusiya və ABŞ-Çin olmaqla, daha iki qlobal məsələyə tabe olacaq.
Bir neçə daha yığcam, lakin vacib və əhəmiyyətli istiqamətlər də var. Amma İranla müharibə qlobal partlayışa bərabər olacaq. Bu, xüsusilə Trampın administrasiyası halında çətin ki, Birləşmiş Ştatların marağından irəli gəlsin. Tramp Ukraynada atəşkəsin əldə edilməsinin onun üçün mühüm prioritet olacağını bəyan edib. ABŞ-nin yeni prezidenti Yaxın Şərqdəki vəziyyətin də vacib olduğunu, lakin Ukraynanın prioritet olduğunu vurğulayıb.
Qeyd etmək lazımdır ki, Tramp üçün bu, sadəcə seçkiqabağı vəd məsələsi deyil, soyuq hesablama məsələsidir. Tramp məhz ABŞ-nin daxilində ciddi suallarla üzləşəcək. Administrasiyanı formalaşdırmaq bir şeydir, onun səmərəli fəaliyyətini təmin etmək başqa bir şeydir. Demokratlar prezident seçkilərində uduzdular, amma “müharibə”dən, yəni daxili siyasi qarşıdurmadan əl çəkmək fikrində deyillər. Bu qarşıdurma üçün resurslara qənaət etmək baxımından Trampa Ukraynada fasilə lazımdır.
Yaxın Şərqdəki böyük müharibə ABŞ üçün Ukraynadan daha ağır yük olacaq, çünki ABŞ Yaxın Şərqdəki müharibədə “fiziki olaraq” iştirak etməli olacaq. Təbii olaraq bu başqa məsələdir ki, Trampın rəqibləri onu həmin qazanda “bişirmək” perspektivi ilə maraqlana bilərlər. Ancaq bu o deməkdir ki, Tramp məhz özünün həmin qazana düşəcəyi məlum olanda, qazanın altında ocaq yandırmaqdansa, bu perspektivə müqavimət göstərməyə daha çox meyilli olacaq.
Asif Cəfərov
Ordu.az